...

G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Cəmiyyət Materials 12 Avqust 2024 11:46 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Aktiv oblastlarda alışmaların gücü kifayət qədər olsa da, hələlik mövcud peyk məlumatlarında Yerə yönəldilmiş heç bir tac kütlə atılması (CME) aşkar edilməyib. Avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, orta güclü alışmaların xarakterik olacağı gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən məlumata görə, Günəş küləyi parametrləri 7 avqustda baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. 13-14 avqustda CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-damar və digər xroniki xəstəlikləri olan, yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti