...

MİQ-də bu il namizədlərə 10 500 vakant yer təqdim olunub

Cəmiyyət Materials 14 Avqust 2024 12:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb.

"Test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd bu mərhələdə iştirak edib.

Əksər fənnlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb. Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. 10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Rəqabətli əsaslarla seçilən, müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə isə, demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.

Nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir" - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti