...

Qanunsuz balıq ovlayan 10 nəfər saxlanılıb

Cəmiyyət Materials 15 Avqust 2024 16:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Taxtakörpü su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan 10 nəfər şəxs müəyyən olunub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, həmin şəxslərdən qanunsuz ovladıqları balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti