Bakı.Trend:
2024-cü ilin sentyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun icra vəziyyətinə dair ictimai müzakirə keçirilib.
Trend xəbər verir ki, müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin Dayanıqlı inkişaf məsələləri sektorunun müdiri Pərvin Xasıyeva, “Təmiz Şəhər” ASC-in Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev və 40-dək QHT nümayəndəsi iştirak edib.
Görüşdə 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”na zəruri əlavə və dəyişikliklərin edilməsi, işçi qrupunun yaradılması, təkliflərin hazırlanması ilə bağlı müzakirələr aparılıb, QHT-lərin təklifləri dinlənilib.
Qurum nümayəndələri müvafiq qeydlər götürüblər, suallar cavablandırılıb.