Bakı. Trend:
Bakı öz tarixi və adət-ənənələri, dadlı milli mətbəxi olan çox gözəl şəhərdir.
Bunu Trend-ə "Formula 1 Azərbaycan Qran Prisi"ni izləmək üçün Bakıya Moskvadan gələn Eduard Digel deyib.
“Mən ilk dəfədir ki, "Formula 1"ə qonaq kimi gəlirəm və bu, bu il sizin gözəl şəhərinizi görmək üçün əla fürsət oldu” deyə o bildirib.
Sankt-Peterburqdan şəhərimizə qonaq gələn Vladimir Staşkov da şəhərin gözəlliyindən heyran olduğunu qeyd edib.
“Biz Bakıya ilk dəfə gəlirik və çox müsbət təəssüratlarımız var. Şəhər çox təmiz və yaşıldır. Mən heç vaxt "Formula 1"də, o cümlədən Soçidəki mərhələlərdə olmamışam. Ümid edirəm ki, həm şəhəri gəzəcəm, həm də dünya pilotlarının həyəcanlı yarışlarını izləyəcəm", - deyə o bildirib.
Öz növbəsində, Permdən gələn Larisa Kondratyeva "Formula 1" qonaqlarının qəbulunun yaxşı təşkil olunduğunu qeyd edib.
"Qonaqlara bir neçə dildə lazım olan məlumatlar verilir. Hər şey əladır", - deyə L.Kondratyeva deyib.
Bundan əlavə, Sankt-Peterburqdan gələn Yuliya Kortenkova dostları tərəfindən Bakıdakı "Formula 1"ə dəvət edildiyini və bura ilk dəfə gəldiyi üçün çox şad olduğunu qeyd edib.
"Bakı çox gözəl şəhərdir. Burada yeməklər çox dadlıdır! Hər şey əladır!", - deyə o əlavə edib.
Qeyd edək ki, "Formula 1 Azərbaycan Qran Prisi"nə sentyabrın 13-də start verilib. Əsas yarış sentyabrın 15-də keçiriləcək, "Formula 1" və "Formula 2" yarışlarının qalibləri müəyyənləşəcək.
Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir.