...

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Cəmiyyət Materials 8 Oktyabr 2024 09:24 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti