...

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2024 17:28 (UTC +04:00)
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.

Trend xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə şəhərə köçürülən 60 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 220 ailə (823 nəfər) mənzillə təmin edilib.

Xəbər lenti

Xəbər lenti