...

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar oktyabrın10-da ödəniləcək

Cəmiyyət Materials 9 Oktyabr 2024 11:25 (UTC +04:00)
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar oktyabrın10-da ödəniləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xatırladaq ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti