Bakı.Trend:
Bu gün informasiyanın əldə edilməsi, emalı və yayılması asanlıqla həyata keçir. Lakin belə bir şəraitdə dezinformasiyaların yayılması da asanlaşır. Xüsusilə şanlı qələbəmizdən sonra ölkəmizə qarşı məqsədli şəkildə medianın bütün növlərində dezinformasiya yayırlar.
Trend xəbər verir ki, bunu
Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və
peşəkarlıq meyarları”
mövzusunda konfransında Azərbaycan Respublikasının Prezidentinin
Adminstrasiyasının sektor müdiri Elmir Vəlizadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının VII çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı ölkə başçısı da informasiya təhlükəsizliyinin təmin edilməsinin hazırda vacib şərt olduğunu bildirib: “Prezident İlham Əliyevin çıxışı Azərbaycan mediası qarşısında mühüm vəzifələr qoyur".
“Azərbaycan təkcə regional deyil, qlobal məsələrlərin həllində də söz sahibidir. Ciddi sınaqlardan keçən Azərbaycan dezinformasiyaların yayılmasının qarşısının alınmasında da lazımi addımları atacaq.
Milli medianın potensialının daha da gücləndirilməsi və dezinformasiyaların qarşısının alınmasında mövqeyimizi ortaya qoymalıyıq. Xüsusilə də COP29 ərəfəsində ölkəmizə qarşı dezinformasiyaların yayılmasına imkan verməməliyik”,- deyə o qeyd edib.