...

Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində növbəti səyyar qəbul və ekoloji aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2024 17:57 (UTC +04:00)
Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində növbəti səyyar qəbul və ekoloji aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Seyidlikəndyeri kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəbulda Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Seyidlikəndyeri, Aslanoba, Xuray, Aşağıoba kəndlərinin və Sahillər qəsəbəsinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin məşğulluq və torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Səyyar qəbuldan sonra Seyidlikəndyeri kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri yerli iqlim şəraitinə uyğun gələn müxtəlif ağaclar əkiblər.

Xəbər lenti

Xəbər lenti