...

Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ələ keçib

Cəmiyyət Materials 15 Oktyabr 2024 20:02 (UTC +04:00)
Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ələ keçib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin və Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sahil Əsədov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Trend xəbər verir ki, araşdırma zamanı S.Əsədovun İrandan qanunsuz olaraq müxtəlif yollarla əldə etdiyi narkotik vasitələrin satışını təşkil etdiyi məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti