Bakı. Trend:
Bakıda VI "Qələbə qaçışı" Dənizkənarı Milli Parkda keçirilib.
Trend xəbər verir ki, marafonda Gənclər və İdman Naziri Fərid Qayıbov və nazirliyin əməkdaşları iştirak ediblər.
Marafona, həmçinin müxtəlif idman təşkilatları və nazirliklərin əməkdaşları, ictimaiyyətin tanınmış simaları qatılıb.
Uzun məsafə üzrə qaçışda idmançı Elmar Abışov finişə birinci çatıb.
Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti "Yeddi gözəl" fəvvarəsi olub.