Bakı.Trend:
Bugünədək Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin fərdi anket məlumatlarının və müvafiq sənədlərin toplanması üçün arxiv yaradılıb.
Trend xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirb ki, eyni zamanda yaradılmış xüsusi komissiya tərəfindən Ədliyyə Nazirliyi və digər qurumlarla birlikdə Qərbi Azərbaycanlılara məxsus arxiv sənədlərinin toplanması işi davam etdirilib və müvafiq məlumat bazası yaradılıb.
“Ümid edirəm ki, dövlətimizin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdış konsepsiyası uğurla həyata keçiriləcək",-deyə o qeyd edib.