Bakı.Trend:
Fundamental insan hüquqlarından olan qayıtmaq hüququ beynəlxalq hüququn ayrılmaz hissəsidir.
Trend xəbər verir ki, bunu Milli Məclisdə "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda ictimai dinləmə zamanı Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov deyib.
O bildirib ki, indiyədək beynəlxalq müstəvidə qəbul olunan sənədlər Ermənistandan qovulan soydaşlarımızın öz evlərinə qayıtması üçün presedent yaradır.
“Qaçqınların öz evlərinə qayıtması həm repatriasiya, həm də reinteqrasiya formalarında həyata keçirilir", - deyə o qeyd edib.