Bakı.Trend:
Azərbaycanda 685 bələdiyyə üzrə 8 min 71 nəfər seçiləcək.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
Sədr bildirib ki, ölkə üzrə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
“Seçkilərdə iştirak etmək üçün 9 nəfər artıq müraciət edib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.