Bakı. Trend:
Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gilgilçay kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Trend xəbər verir ki, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov məktəblilərə erkən nikahın fəsadlarından bəhs edib.
Sonda mövzu ilə bağlı videoçarxlar nümayiş olunub və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.