...

Məktəbəqədər təhsilin əlçatanlığının 50 faizə çatması əsas hədəflərdəndir - Nazir

Cəmiyyət Materials 4 Dekabr 2024 10:38 (UTC +04:00)
Məktəbəqədər təhsilin əlçatanlığının 50 faizə çatması əsas hədəflərdəndir - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsilin əlçatanlığın göstəricisi tarix boyu Azərbaycanda aşağı səviyyədə qalıb.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, məktəbəqədər təhsilin əlçatanlığının 50 faizə çatması əsas hədəflərdəndir.

“Azərbaycan təhsilinin keyfiyyətiylə bağlı çağırışlar məhz məktəbəqədər təhsildə axtarılmalıdır. Biz müsbət nəticələri tez görə bilmərik. Təhsildə olan dəyişikliklər uzunmüddətli olur. Məktəbəqədər təhsilin müsbət nəticələrini və cəmiyyətə, iqtisadiyyata təsirini 20-30 ilə görə bilərik ”,- deyə E.Əmrullayev bildirib.

Nazir bildirib ki, hazırda 1-5 yaş arasında uşaqların 10-15 faizi məktəbəqədər təhsilə cəlb olunub:

"Bəzi bölgələrdə bu göstərici hətta 1 faizdir. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən böyük islahatlardan biri 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə cəlb olunmasıdır. Bu proses əvvəlcə 2014-cü ildə pilot layihə olaraq həyata keçirildi. Hazırda təxminən 85-90 faiz arasında uşaq ən azı 1 il müddətində məktəbəhazırlıq təhsilinə cəlb olunur. Bu gün Azərbaycanda hər 10 uşaqdan 8-i məktəbəqədər hazırlığa gedir. Bu prosesin müsbət nəticələrini yaxın 10-15 ildə görəcəyik".

Nazir həmçinin qeyd edib ki, məktəbəqədər hazırlıq üçün dərs vəsaitləri yenidən hazırlanıb təhsil müəssisələrinə verilib. Birinci sinifə gələn uşaqların məktəbəqədər hazırlığa cəlb olunması və dərsliklərdə bu məqam nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti