...

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münxendə təqdim olunub (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2024 14:23 (UTC +04:00)
Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münxendə təqdim olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Münxendə şəhərində iş adamı və diaspor fəalı Emin Salimovun təşəbbüsü və Avropa Yanuş Korçak Akademiyasının dəvəti ilə azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Münxendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.

Bildirilir ki, təqdimatdan əvvəl tamaşaçılarla görüşən rejissor R. Əsədov Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilən etnik birgə yaşayışın əhəmiyyətindən danşıb, təqdim olunan filmin ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhbbətlərinin, Ana Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb.

O, həmçinin, ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adən-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.

Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işidir.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə və maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti