Bakı. Trend:
Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, burada hökümət başçılarına MDB ölkələrindən Moskva universitetkərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib.
Bildirilir ki, azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup «Xəzərin orbiti» layihəsini təqdim edib. Bu layihənin məqsədi Xəzərin ekoloji problemlərinin kosmik monotorinq texnologiyalarının tətbiqi ilə işlənməsidir.
Baş nazir Əli Əsədov Azərbaycanlı tələbənin daxil olduğu qrupun təqdimatını yüksək qiymətləndirib və Vüsal Məhərrəmova təhsilində uğurlar arzulayıb.