...

Çernobıl AES-lə bağlı bu şəxslərə avtomobillər veriləcək

Cəmiyyət Materials 12 Dekabr 2024 23:31 (UTC +04:00)
Çernobıl AES-lə bağlı bu şəxslərə avtomobillər veriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillər veriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata əsasən, 39 nəfərə avtomobilin verilməsi nəzərdə tutulub.

Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərini yekunlaşdırıb.

Agentlik avtomobillərin satın alınması ilə bağlı “Azərmaş Park” şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq şirkətə 682 500 manat ödənilib.

Qeyd edək ki, “Azərmaş Park” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur.

Xəbər lenti

Xəbər lenti