...

Qərb mediası savaşın hansı cinahında yer aldıqlarını açıq göstərdi - Zahid Oruc

Cəmiyyət Materials 19 Fevral 2025 10:40 (UTC +04:00)
Qərb mediası savaşın hansı cinahında yer aldıqlarını açıq göstərdi - Zahid Oruc
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Özünü prokuror kimi aparan və müstəqil adlanan bir çox Qərb mediası savaşın hansı cinahında yer aldıqlarını həm 44 günlük müharibədə, həm də indi açıq göstərdi.

Trend xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masasında deyib.

O bildirib ki, üstündən 5 il keçəndən sonra ABŞ-də hakimiyyətin dəyişməsi ilə həm də Azərbaycana qarşı hücumlara rəhbərlik edən mütəşəkkil qrup, dövlət, media və qeyri-hökumət təşkilatları ifşa olundu:

"The Washington Post", "The New York Times" və digər şər qəzetlərinin hamısından indi hesabat istənilir. Onlarla klon təşkilatlarına tribuna verən "fake news" şəbəkələrinin, əslində, korrupsiya layihələri olduğu üzə çıxır.

Münhen Təhlükəsizlik Konfransıda ABŞ-nin vitse-prezidenti Ceyms Vens haqlı olaraq Avropa təhlükəsizliyinə ən böyük zərbəni demokratiyanı işğal silahına çevirən liderlərin vurduğunu onları üzünə söylədi".

Xəbər lenti

Xəbər lenti