...

Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir - Səfir

Cəmiyyət Materials 19 Fevral 2025 10:57 (UTC +04:00)
Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir - Səfir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir.

Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masasında deyib.

"Azərbaycan və Türkiyə əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə Bakıda fəaliyyətə başladığım müddətdən bəri şahidi oldum. Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir.

Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti