Bakı. Trend:
Qərb mediasının Azərbaycana qarşı dezinformasiyalarına qarşı çevik reaksiya verməliyik.
Trend xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Bakıda keçirilən Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masasında deyib.
O, dezinformasiyaya qarşı mübarizədə Azərbaycan və Türkiyə media mənsublarının əməkdaşlıqlarının rolundan danışıb:
"Eyni zamanda, mən Medianın İnkişafı Agentliyinin rolunu da xüsusi qeyd etməliyəm. Bu cür hallarda media agentliyi çox çevik, operativ reaksiyalar verir.
Bundan başqa, Azərbaycan və Özbəkistan arasında dezinformasiyaya qarşı mübarizə ilə bağlı bir forum da keçirilmişdi. Bunu da çox yüksək dəyərləndirirəm".