...

Yolların buz bağlaması ilə bağlı 45 qəza baş verib - NİİM

Cəmiyyət Materials 27 Fevral 2025 10:44 (UTC +04:00)
Yolların buz bağlaması ilə bağlı 45 qəza baş verib - NİİM
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə, texniki nasaz avtomobillərin yolda qalması sıxlıqların yaranmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə bildirilib ki, paytaxt ərazisində qarlı və küləkli hava şəraitinin olduğu gündən 26 fevral tarixinə qədər NİİM-in müşahidə kameralarının təsir zonasında 45 qəza baş verib, 61 texniki nasaz avtomobil yolda qalıb.

"Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib", - deyə NİİM-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti