...

SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib

Cəmiyyət Materials 5 Mart 2025 14:12 (UTC +04:00)
SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

4 mart 2025-ci il tarixində SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər. Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar.

Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “KazMunayQaz” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun, “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovun, “Uzbeknefteqaz” şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovun çıxışları dinlənilib.

Daha sonra Azərbaycan Respublikasının SOCAR, Qazaxıstan Respublikasının “KazMunayQaz”, Rusiya Federasiyasının “Tatneft”, və Özbəkistan Respublikasının “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli dördtərəfli və ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Konfrans çərçivəsində, həmçinin, “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti”, "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", “Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti