...

Xaricdə təhsil üzrə Dövlət Proqramının müddəti uzadılıb

Cəmiyyət Materials 6 Mart 2025 17:17 (UTC +04:00)
Xaricdə təhsil üzrə Dövlət Proqramının müddəti uzadılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Qərara əsasən, Dövlət Proqramının müddəti daha iki il uzadılıb.

Belə ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı 2028-ci ilədək həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti