...

Azad Xankəndi və Xocalı Novruza hazırlaşır (FOTO)

Cəmiyyət Materials 17 Mart 2025 13:55 (UTC +04:00)
Azad Xankəndi və Xocalı Novruza hazırlaşır (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi . Trend:

İşğaldan azad edildikdən sonra Xankəndi şəhəri və Xocalı rayonunda Novruza hazırlıq işləri aparılır.

Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, bu günlərdə Xankəndi şəhərinin mərkəzində Novruza hazırlıq işləri davam edir:

"Şəhərin Zəfər meydanında Novruz bayramı öncəsi görülən hazırlıq işləri xüsusi ilə diqqət çəkir. Mərkəzi meydanda səməni qurulub.

Burada müxtəlif bayram əhval-ruhiyyəli şənlikərin keçirilməsi üçün hər çür şərait yaradılır. Bundan əlavə, şəhərdə müxtəlif güllər və kollar əkilib, ağaclar budanıb.

Həmçinin, Zəfər meydanında iri bayram tonqalı və konsert proqramı üçün xüsusi konstruksiyalar quraşdırılır.

Xocalı şəhəri və Ballıca kəndində də Novruza hazırlıq işləri görülüb. Şəhərdə Novruz bayramı atributları, milli ornamentlərlə bəzədilmiş səməni quraşdırılıb. Novruz bayramı ərəfəsində yazın gəlişi ilə əlaqədar Xocalı şəhəri ərazisində abadlıq və təmizlik işlərini sürətləndirib.

Görülən işlər onu deməyə əsas verir ki, qarşıdakı günlərdə Xankəndi və Xocalıda əsl Novruz ab-havası yaşanacaq", - qurumdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti