...

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 22 Mart 2025 22:32 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti