Bakı. Trend:
Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulmasına görə cərimələr genişləndirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət edən orqanlar tərəfindən "Lisenziyalar və icazələr haqqında" qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən qanunların tələblərinə və lisenziyanın şərtlərinə riayət edilmədikdə və həmin qanunun 25.1.2-ci maddəsində müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə, lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimatın göndərilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.