...

İlk üç ayda 13 kişi məişət zorakılığına məruz qalıb - RƏSMİ

Cəmiyyət Materials 12 Aprel 2025 08:00 (UTC +04:00)
İlk üç ayda 13 kişi məişət zorakılığına məruz qalıb - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 3 ayı ərzində məişət zorakılığına məruz qalanların 117-i qadın, 13-ü kişi, 93-ü uşaq (49- oğlan, 44 qız) olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 3 ayı ərzində 117 müraciət daxil olub.

AQUPDK-nə daxil olan müraciətlərə əsasən, 2025-ci ilin 3 ayı ərzində məişət zorakılığına məruz qalanların 117-i qadın, 13-ü kişi, 93-ü uşaqdır (49- oğlan, 44 qız) .

Məişət zorakılığına məruz qalan kişilərlə bağlı qeyd etmək istəyirik ki, zorakılığa məruz qalan 13 kişi əsasən, psixi zorakılığa məruz qalır, fiziki zorakılıq hallarına rast gəlinmir.

"Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 3 ayı ərzində daxil olan müraciətlərə əsasən, ən çox müraciət, Bakı rayonları üzrə Sabunçu -13, Abşeron-Xızı üzrə Abşeron -11, Gəncə-Daşkəsən üzrə Gəncə şəhərindən - 8 olub.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı hər il təqribən 600-ə yaxın müraciət daxil olur. Daxil olan hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti