...

Qeyri-iş günündə travma baş verərsə, e-bülleten necə rəsmiləşdirilə bilər?

Cəmiyyət Materials 23 Aprel 2025 15:50 (UTC +04:00)
Qeyri-iş günündə travma baş verərsə, e-bülleten necə rəsmiləşdirilə bilər?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əgər xəstəlik və ya travma qeyri-iş günü baş verdiyi halda vətəndaşa göstərilən ilkin tibbi yardım və onunla bağlı məlumatlar "Müraciət barədə arayış" modulu vasitəsilə rəsmiləşdirilə bilər.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, müvafiq modulda xəstənin ilkin diaqnozu, müraciətin daxil olduğu tibb müəssisəsinin lokasiyası, müraciətin tarixi və vaxtı barədə məlumatların dəqiq və tam şəkildə qeyd olunması tələb olunur:

“Bu məlumatlar sistemdəki müvafiq sahələrə daxil edilməklə elektron müraciət arayışı tərtib olunur. Həmin arayış qeyri-iş günündə baş vermiş hadisəni sənədləşdirən əsas sənəd hesab olunur. Daha sonra bu arayış əsasında, səlahiyyətli həkim tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən həmin tarixə uyğun elektron xəstəlik vərəqəsi rəsmiləşdirilə bilər”.

Mütəxəssis sonda qeyd edib ki, bu yanaşma tibbi müəssisənin inzibati iş yükünün azaldılmasına, sığortaolunan şəxsin hüquqlarının qorunmasına, eləcə də işəgötürən müəssisənin sənəd dövriyyəsinin sadələşdirilməsinə şərait yaradır.

Xəbər lenti

Xəbər lenti