Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 24-də ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 24-də və 25-də ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd metadon həbi və 321 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr 50 ədəd metadon həbi və 321 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.
Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.