...

Ayrı-seçkilik və qeyri-tolerantlıqla mübarizə artıq zərurətə çevrilib - Timoti Startford

Cəmiyyət Materials 26 May 2025 13:38 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətlər nifrət nitqinə yol verməmək üçün əlindən gələni etməlidir. Onların əlindəki alət qanunvericilikdir.

Trend xəbər verir ki, bunu G20 Dinlərarası Formun baş hüquqşünası, Covington Burling LLP şirkətinin müşaviri Timoti S. Startford "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda baş tutan konfrans çərçivəsində “Siyasətdə Müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və yenilik strategiyası" adlı panel müzakirədə deyib.

O bildirib ki, ilk növbədə nifrət nitqinin kontekstini başa düşmək lazımdır:

“Almaniyada olan qanun bir şeyi, digər ölkədəki qanunlar isə tamam fərqli şey tələb edir. ABŞ
qanunvericiliyi hətta təhqiredici nitqi qoruyur. İndoneziyada nifrət nitqi məhz internet qanunvericili ilə tənzimlənir. Qanunvericilklər fərqli, qeyri-müəyyən ola bilər. Daha əhatəli bir yanaşma lazımdır.

Sülh içində yaşayan cəmiyyətlər insan ləyaqətini təmin edir. Ayrı-seçkilik və qeyri-tolerantlığa qarşı mübarizə aparmaq artıq bir zərurətə çevrilib. Bu işə dini liderlər, dövlət orqanları, təşkilatlar, alimlər də cəlb edilməlidir. Hesabat mexanizmləri, ictimai nəzarət gücləndirilməlidir. Nifrətə cavab sadəcə cəza deyil, həm də transformasiyadır”.

Xəbər lenti

Xəbər lenti