Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Marif Baxışov olduğu müəyyən edilib.
M.Baxışov məsuliyyətə cəlb edilib və aşkar olunan kömür quyusu ləğv olunub.