Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +9 dərəcədən +13 dərəcəyədək, gündüz +15
dərəcədən +17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 772 mm civə
sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında
yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +6 dərəcədən +11 dərəcəyədək, gündüz +17
dərəcədən +21 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5
dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.