...

Azərbaycan və Macarıstanın hərbi tibb sahəsində əməkdaşlığı müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2025 18:22 (UTC +04:00)
Azərbaycan və Macarıstanın hərbi tibb sahəsində əməkdaşlığı müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi ilə Macarıstan Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub. Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.

Daha sonra tərəflər arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.

Görüşdən sonra Macarıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti