...

TDT ölkələri əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığı genişləndirir - Baş katib

Cəmiyyət Materials 5 Dekabr 2025 13:18 (UTC +04:00)
TDT ölkələri əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığı genişləndirir - Baş katib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

TDT ölkələri bir-biri ilə təcrübələrini bölüşür. Məqsədimiz, üzv ölkələrin vətəndaşlarına öz vətənlərində olduğu kimi rahat işləmək imkanları yaratmaqdır.

Bunu Trend-ə bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası çərçivəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, işlər gələcəkdə də davam etdiriləcək:

"Bu istiqamətdə 55-dən çox layihəmiz var. Gələcəkdə də bu işlər davam etdiriləcək. "Türk Dünyası 2040 Vizyonu" rəhbər tutulmaqla, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün çox vacibdir. Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsində Dövlət Başçıları tərəfindən qəbul edilmiş Qəbələ Bəyannaməsi də bu istiqamətdə önəmli sənədlərdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti