Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daha bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.
Bu barədə Trend-ə RİİN-dən məlumat verilib.
Bildirilib ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu sahədə strategiya və fəaliyyət planlarının qəbul edildiyini xatırladıb. Hüquqpozmalara qarşı görülən qabaqlayıcı tədbirlər, bu sahədəki qanunvericilik barədə məlumat verib. Qeyd edib ki, hesabatlılıq və şəffaflıq həyata keçirilən islahatların effektivliyini daha da artırır.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli şəffaflıq və hesabatlılığın əhəmiyyəti barədə nümunələr təqdim edib. Təlimdə iştirakçıların sualları cavablandırılıb.
Tədbir qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib.