Bakı. Trend:
Azərbaycanda dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Trend bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkil
edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar
tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz
keçəcək. bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda
gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
