...

“Koroğlu” tankerinin tərsanə təmiri başa çatıb

Cəmiyyət Materials 24 Dekabr 2025 11:55 (UTC +04:00)
“Koroğlu” tankerinin tərsanə təmiri başa çatıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"AZCON Holding" şirkətlərindən olan ASCO-nun “Koroğlu” tankerinin tərsanə təmiri başa çatıb.

Trend bu barədə ASCO-ya istinadın xəbər verir.

"Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tanker üzrə təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilən təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri görülüb.

Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb və onun ilk səfəri Türkmənistanın Kiyanlı limanına olub.
Uzunluğu 149,9, eni 17,3 metr, sürəti 12 uzel olan gəmi 13 min ton yükdaşıma qabiliyyətinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti