Bakı. Trend:
Neft-qaz sahəsində mədən və aksiz vergilərinin topdansatış qiyməti faizlə deyil, istehsal həcmindən asılı olaraq sabit məbləğdə hesablanacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən ediləcək. Mədən vergisi burada müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış xam neftin hər tonuna, təbii qaz və kondensatların hər min kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanacaq.
Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növ metallara) görə mədən vergisinin dərəcəsi onların topdansatış qiymətinin 3 faizi məbləğində müəyyən ediləcək. Mədən vergisi burada müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanacaq.
Bildirilib ki, neft-qaz məhsulları istisna olmaqla, digər malların ölkə daxilində istehsalına münasibətdə aksiz və mədən vergiləri həmin malların dəyərinə əsasən deyil, miqdarına əsasən müəyyən edilir. Həmin malların qiyməti dövlət tərəfindən tənzimlənir ki, mədən vergisi maya dəyərinin, aksiz vergisi isə satış qiymətinin formalaşmasında iştirak edir.
Bazarda baş verən qiymət dəyişiklikləri dövlət büdcəsinin vergi gəlirlərinin proqnozlaşdırılmasına təsir etmir, istehsalçı tərəfindən idarəetməni və proqnozların verilməsini çətinləşdirir, istehsalçının əməliyyat effektivliyinə nail olması üçün tələb olunan stimulu azaldır. Verginin malların dəyərinə əsasən müəyyənləşdirilməsi istehsalçı üçün həmin malların idxalı ilə müqayisədə iqtisadi cəhətdən səmərəliliyi əhəmiyyətli dərəcədə azaldır.
Bu baxımdan neft-qaz sahəsində mədən və aksiz vergiləri topdansatış qiymətindən faizlə deyil, istehsal həcmindən asılı olaraq sabit məbləğdə hesablanacaq.
Mövcud qanunvericiliyə görə, yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:
|
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı |
Mədən vergisinin dərəcələri (faizlə) |
|
Xam neft |
26 |
|
Təbii qaz |
20 |
|
Filiz faydalı qazıntıları: - bütün növ metallar |
3 |
