...

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 31 Dekabr 2025 10:18 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olan 175 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat nəticəsində narkotiklərlə bağlı 2, qanunsuz saxlanılan silah və sursatla bağlı isə 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Ailəsi məlumatlandırılmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti