...

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulunun başlama tarixi açıqlandı

Cəmiyyət Materials 16 Fevral 2026 10:48 (UTC +04:00)
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulunun başlama tarixi açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə sənəd qəbuluna start veriləcək.

Trend Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sənəd qəbulu aprelin 15-də başlayacaq.

Bildirilir ki, Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.

Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz.

Bakalavriat / Magistratura

Doktorantura

Məqalədə:
Xəbər lenti

Xəbər lenti