Varşavada şahmat üzrə keçirilən Avropa çemponatının 7-ci turunda Holandilayı qroysmeyster Sergey Tivyakov ilə heç-heçə oynayan, 8-ci turda isə Almaniyadan olan Arkadi Naydiçi məğlub edən Teymur Rəcəbov (6 xal) hələlik turnir cədvəlində beşinci yerdədir. Trend agentliyinin məlumatına əsasən, yarışda Ukraynalı qrossmeyster Sergey Karyakin 7 xalla liderlik edir. İkinci yerdə 6,5 xalla Rumıniyalı qrossmeyster D- L.Nisipeanudur.
İki tur ərzində digər iki qrossmeysterimiz - Şəhriyar Məmmədyarov və Qadir Hüseynovun vəziyyəti yaxşılaşıb. 7-ci turda onlar ağ fiqurlarla T.Nyubak və X.Steviç üzərində qələbə qazanıblar. Onların hər ikisinin 5.0 xalı var və 30-cu, 43-cü yerləri tuturlar. Beynəlxalq usta Namiq Quliyev 8-ci turda Yunanıstanı təmsil edən A.Tsermiadianosu məğlub edərək, 4.5 xal toplayıb və 91-ci yerə çıxıb. Qrossmeysterlər Rauf Məmmədov və Sərxan Quliyev 4 xal toplayıblar. E.Hüseynov və R.İbrahimovun 3.5 xalı var.
9-cu turda T.Rəcəbov qara fiqurlarla Rumıniyalı D-L.Nisipeanu ilə oynamalı olacaq.