...

MƏKTƏBLƏRDƏ İSLAM DİNİNİN TƏDRİSİ ÜZRƏ DƏRS SAATLARI ARTIRILACAQ

Cəmiyyət Materials 30 İyun 2005 17:13 (UTC +04:00)

Yeni dərs ilindən ümumtəhsil məktəblərində islam dəyərlərinin tədrisi üzrə dərs saatlarının sayı arta bilər. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat veriblər.

Xatırladaq ki, hazırda orta məktəblərdə islam dəyərlərinin tədrisi üzrə dərs saatları 150 saat təşkil edir. Nazirlik dinin tədrisi ilə bağlı vahid dərs proqramı hazırlayır.

Hazırda Nazirlikdə müəllim kadrları məsələsi nəzərdən keçirilir. Nazirlikdə dərs proqramına ərəb dilinin tədrisinin də daxil edilməsinin mümkünlüyü istisna edilmir. Yaxın vaxtlarda Bakıda ayrıca ərəb dilinin tədrisi mərkəzinin açılması planlaşdırılır. Belə təşəbbüslə bu yaxınlarda Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı- ISESCO-nun rəhbərliyi çıxış edib və o, layihəyə texniki yardım göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti