...

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ İORDANİYA KRALI İLƏ GÖRÜŞƏCƏK

Cəmiyyət Materials 1 İyul 2005 14:24 (UTC +04:00)

İyulun 4-5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniyaya səfər edəcək. QMİ-dən Trend ə verilən məlumata əsasən, səfərin məqsədi İordaniya Krallığının paytaxtı Əmmanda keçiriləcək "İslam həqiqəti və onun müasir cəmiyyətdə rolu" mövzusunda beynəlxalq konfransda iştirakdır.

Şeyxülislam konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda İordaniya Kral Akademiyasının həqiqi üzvü qismində iştirak və çıxış edəcək. Konfrans İordaniya kralının himayəsi altında təşkil olunub. Səfər çərçivəsində QMİ-nin sədri konfrans iştirakçıları və Krallığın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər zamanı şeyxin kral Abdulla ibn Hüseyn ilə görüşü nəzərdə tutulub ki, orada ikitərəfli və regional əməkdaşlıq üzrə bir sıra məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti