...

BAKIDA KEÇİRİLƏCƏK BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATI WORLD OF GYMNASTICS-İN DİQQƏT MƏRKƏZİNDƏDİR

Cəmiyyət Materials 5 İyul 2005 15:44 (UTC +04:00)

"Üstünlük uğrunda postolimpiya mübarizəsi!". Oktyabrın 3-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə XXIII dünya çempionatı Beynəlxalq Federasiyanın ( FIG) World of gymnastics adlı rəsmi jurnalının iyun nömrəsində məhz belə adlandırılıb.

Trend in məlumatına görə, Vera Atkinsonun redaksiya məqaləsində gimnastların Bakı birinciliyinin Azərbaycan tarixində ilk dünya çempionatının olacağını qeyd edib.

" Məhz ölkənin Gimnastika Federasiyasının prezidenti olan Azərbaycanın birinici xanımı Mehriban Əliyevanın nüfuzuna görə Bakı mundialın burada keçirilməsi hüququnu əldə etdi. O həm də Azərbaycanda 2003/2004 Dünya Kuboku mərhələlərinin və AGF-nın (Azərbaycanın Gimnastika Federasiyası) keçirilməsində həlledici rool oynayıb", -deyə jurnalda qeyd edib.

Nəşr Azərbaycan gimnastlarına xüsusi yer ayırıb. Jurnalın yazdığına görə, Dinara Gimatova və Anna Qurbanova, eləcə də qrup komandası öz çıxışları ilə turniri bəzəyir və yerli publikanı sevindirməklə dünya çempionatında kəskin rəqabət təşkil edirlər.

Təşkilat komitəsinə daxil olmuş son məlumata görə, dünya çempionatında 48 ölkənin gimnastı iştirak edəcək. O da məlum olub ki, başda prezident Bruno Qrani olmaqla FIG -in ali rəhbərliyi, İcraiyyə Komitəsinin və Atletlər Komissiyasının üzvləri, qitə assossiasiyalarının və bütün gimnastika nizam-intizamının Texniki komitələrinin prezidentləri Bakıya gələcək.

Xəbər lenti

Xəbər lenti