...

CUDO KOMANDASI SETNEVODA KEÇİRİLƏN TURNİRDƏ BİR "BÜRÜNC" QAZANIB

Cəmiyyət Materials 2 Avqust 2005 15:57 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət yığması Polşanın Setnevo şəhərində başa çatmış "A" kateqoriyasında keçirilən beynəlxalq turnirdə bir bürünc mükafat qazanıb.

Trend agentliyi bildirir ki, komandamızın tərkibində 81kq çəki dərəcəsində ilk üçlüyə daxil olan Fərid Allahverdiyev fərqlənib.Digər atletlərimizdən Avropa birinciliyinin qalibi Ramil Yusubov (57 kq) beşinci yeri tutub.

Yarışlar başa çatdıqdan sonra avqustun 4-dək davam edəcək təlim-məşq toplanışlarına qalıb.Baş məşqçi Hacıağa Hacıəhmədov qeyd edib ki, Polşaya səyahət yığmamızın daha məsuliyyətli yarışlar ərəfəsində yoxlanılmasına xidmət edirdi.

Qeyd etmək lazımdır ki, turnirdə 18 ölkədən 336 atlet iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti