...

AZƏRBAYCAN BOKSÇULARI ABŞ YIĞMASI İLƏ YARIŞACAQ

Cəmiyyət Materials 9 Avqust 2005 13:38 (UTC +04:00)

Boks üzrə Azərbaycan yığması ABŞ komandası ilə yoxlama matçının keçirilməsi barədə razılıq əldə edib. Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, dekabrda keçiriləcək bu yarış ötən ilin sonlarında Bakıya gəlmiş amerikalıların səfərinə cavab olacaq.

Onun sözlərinə görə, bu görüşlər bundan sonra ənənəvi xarakter daşıyacaq və komandalar növbə ilə ölkəmizin və ABŞ-ın paytaxtında görüşəcəklər. A.Əbiyev qeyd edib ki, hazırda hər iki yığmanın əsas məqsədi Pekin Olimpiadasında uğurla çıxış etməkdir. Ona görə də yarışda lisenziyalı turnirlərin gedişində komandanın özəyini təşkil edəcək boksçular iştirak edəcəklər.

Xatırladaq ki, Bakıda keçirilən yarşıda rinqin sahibləri öz rəqiblərinə demək olar ki, bütün çəki dərəcələrində inamla qalib gəlmişdilər.

Xəbər lenti

Xəbər lenti