...

MOSKVA VİLAYƏTİNİN "DİNAMO" KOMANDASININ VOLEYBOLÇULARI QUBADA TOPLANTI KEÇİRİR

Cəmiyyət Materials 13 Avqust 2005 14:30 (UTC +04:00)

Moskva vilayətinin qadınlardan ibarət "Dinamo" voleybol klubu bu günlərdə Qubada təlim-məşq toplaniısı keçirir.

Trend in məlumatına görə, komandanın məşqçi qərargahı Avropa zonasında Qran-Pri seçmə turnirinin uğurla keçirildiyi yeri təsadüfi seçməyib.

Klubun rəsmi saytının məlumatına görə, əla iqlim və taktiki planda məşqlərin keçirilməsi üçün şərait, eləcə də, qarşıdakı mövsüm üçün idmançıların fiziki hazırlıqlarını artırmaq imkanları "Dinamo" rəhbərliyini məhz Qubanın xeyrninə seçim etməsinə sövq edib.

Ötən mövsümdə Avropanın ən yaxşı voleybolçularından biri kimi məşhurlaşan Yekaterina Qamovanın üzvü olduğu kolletikin toplantısı avqustun 29-na kimi davam edəcək və sentyabrın 5-də Lobnya şəhərində start götürəcək Rusiya Kuboku uğrunda yarımfinal mərhələyə hazırlığın əsas mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti